Kanadada Universitet və Kollec Təhsili
Gələcəyin buradan başlayır...
Kanadadakı Təhsil İmkanlarını Kəşf Edin
Kanadanın ali təhsil mühiti keyfiyyətli təhsil və müxtəlif akademik təcrübələr axtaran tələbələr üçün zəngin imkanlar təklif edir. Müxtəlif təhsil səviyyələri, eləcə də həm özəl, həm də dövlət müəssisələri seçimləri ilə tələbələr təhsil səyahətlərini maraqlarına, karyera hədəflərinə və şəxsi istəklərinə uyğunlaşdıra bilərlər.
Dövlət və Özəl Təhsil Müəssisələri üzrə Seçimlər
Kanadada hər birinin özünəməxsus üstünlükləri olan və tələbələrə bir sıra imkanlar təklif edən dövlət və özəl universitet və kolleclər mövcuddur. Kanada Höküməti tərəfindən maliyyələşdirilən dövlət təhsil müəssisələri çox vaxt geniş proqramlar və tədqiqat imkanları təklif edir. Özəl təhsil müəssisələri isə ixtisaslaşdırılmış proqramlar və daha az sayda tələbələrin olduğu dərslər ilə büdcənizə uyğun sərfəli seçimlər təklif edə bilərlər.
Kanadada Təhsil Səviyyələri
Kanadada tələbələr müxtəlif iş sahələri üzrə müxtəlif təhsil səviyyələrində ali təhsil almaq imkanına malikdirlər. Məktəb və proqramın uyğunluğundan asılı olaraq, tələbələr təhsil aldıqları müddətdə və/və ya təhsillərini başa vurduqdan sonrakı müddətdə iş icazəsi (PGWP) ala bilərlər.
Üniversitet Bakalavr (Bachelor-Undergraduate) Proqramları: Bakalavr proqramları ümumiyyətlə 4 ili əhatə edir. Tələbələr informatika, incəsənət, elm, mühəndislik, biznes və s. daxil olmaqla, müxtəlif fənlər arasından seçim edə bilərlər.
“Graduate” Proqramları: “Graduate” proqramlar bakalavr səviyyəsindən üstün hesab edilən qabaqcıl təhsil və tədqiqat imkanları təklif edir. Bu proqramlara “graduate” sertifikatı və ya böyüklər üçün nəzərdə tutulan təhsil proqramları, eləcə də magistratura və doktorantura proqramları da daxildir.
Magistr (Master) Proqramları: Magistratura proqramları tələbələrə təcrübələrini dərinləşdirməyə və seçdikləri peşələr üzrə qabaqcıl təlim təklif etməklə ixtisaslaşdırılmış karyera yollarını davam etdirməyə imkan verən akademik proqramlardır.
Postgraduate Diplom Proqramları: Bu proqramları magistr proqramlarından fərqləndirən cəhət ondan ibarətdir ki, belə proqramlara qəbul tələbi iki illik magistr təhsili kimi müəyyən edilir və verilən təhsil akademik karyeradan çox peşəkar bacarıqlara yönəldilir.
Diplom və Diplom - Coop Proqramları: Peşə bacarıqlarını inkişaf etdirməyi hədəfləyən və ən azı orta məktəb məzunlarının müraciət edə biləcəyi bu proqramlar 1 və ya 2 il davam edir. Əgər tələbə proqram müddətinin müəyyən bir hissəsi üçün “coop” variantını seçibsə, bu zaman təhsilinin “coop” dövründə tam iş günü işləmək imkanına sahib olur.
Sertifikat və Sertifikat - Coop Proqramları: Peşə bacarıqlarını inkişaf etdirməyi hədəfləyən və ən azı orta məktəb məzunlarının müraciət edə biləcəyi bu proqramlar 3 ay ilə 1 il arasında davam edir. Əgər tələbə proqram müddətinin müəyyən bir hissəsi üçün “coop” variantını seçibsə, bu zaman təhsilinin “coop” dövründə tam iş günü işləmək imkanına sahib olur.
Kanada xəyallarınızı gerçəkləşdirməyə hazırsınız, amma saysız-hesabsız seçimlər arasında özünüzü itmiş kimi hiss edirsiniz?
Hardan başlayacağınıza, hansı məktəblərin və ya proqramların hədəflərinizə uyğun olduğuna və ya qarşınıza qoyduğunuz məqsədlərinizə necə nail olacağınıza əmin deyilsinizsə,
Biz sizə hər addımınızda bələdçilik etmək üçün buradayıq!
Detallı məlumat almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Xidmətlərimizlə bağlı hər hansı sualınız varsa, bizimlə əlaqə saxlamaqdan çekinmeyin.
©2024 Righton Expertise All Rights Reserved
info@rightonexpertise.com
Vancouver, BC, Canada